Şirkətimizin peşəkarları operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək yükün təhlükəsiz və keyfiyyətli daşınmasını təmin edirlər. Avtomobil yolu ilə yükdaşımalar xidmətindən istifadə etməklə siz keyfiyyət, tez çatdırılma, yüklərin yüklənib-boşaldılması, eləcə də təhlükəsizlik seçirsiniz. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edir, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar. Biz marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edirik.

ANBARLANMA

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən geniş anbar şəbəkəmiz yüklərin saxlanılması üçün nəzərdə tutulmuşdır.

GÖMRÜKLƏMƏ

“AA Logistics” gömrük rəsmiləşdirilməsində iştirak edən və tələb olunan sənədlərin operativ və düzgün şəkildə hazırlanması, eləcə də zəruri icazə və sertifikatların alınması təmin edir.

SIĞORTA

Biz müştərilərimizin maddi maraqlarının qorunmasını qeyd-şərtsiz təmin edirik. Şirkətimizin nəqliyyat vasitələri ilə daşınılan bütün yüklər sığorta ilə qorunulur.

Xidmətlərimiz

Az-Alyans Logistics and Shipping Services

YÜKLƏRİN AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞINMASI

Biz yüklərin avtomobil daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərin tam kompleksini təqdim edirik. Avtomobil yolunun rahatlığı sayəsində yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Avtomobillərin hərəkəti gecə-gündüz həyata keçirilir və limanların, vağzalların və aeroportların iş cədvəlindən asılı deyil. Bunun sayəsində çatdırılma müddəti xeyli azalır. Avtomobillərdə quraşdırılmış naviqasiya avadanlığının köməkliyi ilə yükün təhlükəsizliyinə nəzarət həyata keçirilir. Bir çox hallarda təkərli nəqliyyat nəqlə çəkilən maliyyə xərclərini azaltmağa imkan verir.

  Şirkətimizin peşəkarları operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək yükün təhlükəsiz və keyfiyyətli daşınmasını təmin edirlər. Avtomobil yolu ilə yükdaşımalar xidmətindən istifadə etməklə siz keyfiyyət, tez çatdırılma, yüklərin yüklənib-boşaldılması, eləcə də təhlükəsizlik seçirsiniz. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edir, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar. Biz marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edirik.

YÜKLƏRİN DƏMİRYOLU İLƏ DAŞINMASI

İrihəcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir. Şirkətimiz dəmiryolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmiryol nəqliyyatının universal imkanları ilə izah olunur.

YÜKLƏRİN DƏNİZ NƏQLİYYATI İLƏ DAŞINMASI

 Dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edirik. Dəniz yük daşımaları seqmenti sabit yüksək tələbatla seçilir. Bu seqmentdə tələbatlılıq və yüksək yük dövriyyəsi dəniz və çay nəqliyyatının imkanları və nisbətən sadə daşıma prosesi ilə izah edilir.

   Dəniz yolu ilə yükdaşımaların üstünlükləri:

  • Universallıq – müxtəlif növ yüklərin (neftdən tutmuş sənaye mallarına kimi) daşınmasına imkan verir;
  • Uzaq məsafələrə yükün çatdırılması zamanı dəniz gəmilərindən istifadə daşıma xərclərini optimallaşdırmağa və pul vəsaitlərinə qənaət etməyə imkan verir;
  • Konteyner daşımaları əlavə təhlükəsizlik zəmanətləri verir və kiçik ədədhesabı mallara xidmət göstərilməsini sadələşdirir;
  • Tezsınan malların təhlüləsiz daşınmasına şərait yaradır.

 

YÜKLƏRİN HAVA NƏQLİYYATI İLƏ DAŞINMASI

Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir.

  Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət və istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə, qıda müddət ərzində çatdırılır.

  Şirkətimiz marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir.

MULTİMODAL DAŞIMALAR

  Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir. Məhsulun daşınma zamanı daha doğru yol tapmaq üçün müxtəlif növ daşımaları səmərəli şəkildə birləşdirmək mümkündür: avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər.

QABARİTSİZ YÜKLƏRİN DAŞINMASI

  Yükdaşıma texnikasının standart ölçülərini (2,45 – eni, 13,6 – uzunluğu, 3,1 m – hündürlüyü) aşan  və çəkisi 24 tondan artıq olan yüklər qabaritsiz yüklər sayılır. Qabaritsiz yüklərin daşınması xüsusi texnika və  bütün marşrut üzrə bu tip yükün daşınması üçün razılıq alınmasını tələb edir.

QRUPAJ YÜKLƏRİN DAŞINMASI

  Yüklərinizin qrupaj formasında anbarlara toplanaraq müvafiq nəqliyyat vasitələri ilə təyinat məntəqəsinə çatdırırılması da sizə göstərdiyimiz xidmətlərdən biridir.

  Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür.

KONTEYNER DAŞIMALARI

Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa çalışdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma yükün operativ və sərfəli çatdırılmasına imkan verir. Konteynerlər standart ölçülərinə malik olduğuna görə, onları müxtəlif növ nəqliyyat vasitələrinə (avtomobillər, dəmiryolu platformaları, gəmilər) quraşdırılması mümkündür.

SURƏTLİ SORĞU GÖNDƏR

Burada fikrinizi qısaca izzah edərək bizə sorğu göndərə bilərsiniz