Haqqımızda

Azərbaycan logistika bazarında sözünü deməyə müvəffəq olmuş və özünü etibarlı bir tərəfdaş kimi tanıtmış “AA Logistics” MMC şirkəti mövcud olan missiya və dəyərlərinə əsaslanaraq, gördüyü işlərlə fərqlilik yaradaraq Azərbaycan logistika bazarının inkişafına öz töhfəsini verir.

Şirkətin müştəri bazasının günü-gündən genişlənməsi müxtəlif beynəlxalq ölkələrdə yeni anbarlarımızın və istiqamətlərin açılmasına, layihələrin yaradılmasına təsir göstərmişdir. “AA Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın istənilən nöqtəsindən və nəqliyyat vasitələrindən (avtomobil, dəmiryolu, dəniz yolu, avia) istifadə edərək Azərbaycana və əks istiqamətdə beynəlxalq yükdaşımaları həyata keçirməkdir.

Məqsədimiz müasir nəqliyyat vasitələrindən istifadə etməklə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə beynəlxalq yükdaşımalar üzrə keyfiyyətli xidmət göstərmək, müştəri məmnunluğu qazanmaq üçün hər zaman daha üst səviyyədə səmərəli təkliflər hazırlamaq, Azərbaycan bazarında beynəlxalq yükdaşımalar üzrə ən qabaqcıl şirkətlərdən biri olmaq üçün bütün səylərdən istifadə etməkdir.

  Səmərəli və şəffaf iş prinsiplərinə əsaslanaraq, müasir keyfiyyət standartlarına uyğun xidmətlərlə Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan bir şirkət olmaq üçün çalışırıq. Bizim şirkəti seçməklə göstərilən xidmətlərin etibarlılıq və keyfiyyət zəmanətini əldə edirsiniz. Biz sənayenin müxtəlif sahələrinin müştərilərinə xidmət göstəririk, müştərilərin tələbatlarına və prioritetlərinə istiqamətlənərək həll təklif edirik.

  Yük daşıma bazarında uzunmüddətli iş, işlərin dəqiq təşkili, geniş agent şəbəkəsi və işçilərin yüksək peşəkar səviyyəsi müştərilərimizin istənilən mürəkkəblikdə yüklərinin daşınmasını təmin etməyə, habelə daşınmanın vaxtı-vaxtında aparılmasına, yüklərin qorunmasına, eləcə də daşıma və yükləmənin bütün mərhələlərində izlənməsinə zəmanət verir.

  Qısa müddət ərzində şirkətimiz bir çox beynəlxalq yük daşıma şirkətləri ilə işgüzar əməkdaşlıq və agentlik münasibətləri yaratmışdır. “AA Logistics” şirkəti əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, zamanın tələbləri ilə hesablaşır, nəqliyyat biznesinin inkişafı zamanı baş verən dəyişiklikləri izləyir, işin keyfiyyətini artıraraq müştəri məmnunluğunu qoruyub saxlamağa, işçi heyətinin peşəkar fəaliyyətini bundan sonra da inkişaf etdirməyə daim çalışır.