XİDMƏTLƏRİMİZ

Bu Bölmədə xidmətlərimiz ilə tanış ola bilərsiniz.

YÜKLƏRİN AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞINMASI

Biz yüklərin avtomobil daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərin tam kompleksini təqdim edirik. Avtomobil yolunun rahatlığı sayəsində yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Avtomobillərin hərəkəti gecə-gündüz həyata keçirilir və limanların, vağzalların və aeroportların iş cədvəlindən asılı deyil. Bunun sayəsində çatdırılma müddəti xeyli azalır. Avtomobillərdə quraşdırılmış naviqasiya avadanlığının köməkliyi ilə yükün təhlükəsizliyinə nəzarət həyata keçirilir. Bir çox hallarda təkərli nəqliyyat nəqlə çəkilən maliyyə xərclərini azaltmağa imkan verir.

  Şirkətimizin peşəkarları operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək yükün təhlükəsiz və keyfiyyətli daşınmasını təmin edirlər. Avtomobil yolu ilə yükdaşımalar xidmətindən istifadə etməklə siz keyfiyyət, tez çatdırılma, yüklərin yüklənib-boşaldılması, eləcə də təhlükəsizlik seçirsiniz. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edir, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar. Biz marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edirik.

  Avtomobil yolu ilə yükdaşımaların üstünlükləri:

  • Operativlik;
  • İstənilən nöqtəyə və qısa müddət ərzində çatdırılma;
  • Yükün birbaşa ünvana çatdırılması;
  • İndividual marşrutun təyin edilməsi.

  İlkin seçilmiş marşrut müəyyən səbəblərdən (tıxac, yol-təmir işləri və s.) öz aktuallığını itirərsə, yükün daşınması razılaşdırılmış tarixə başqa marşrut üzrə həyata keçiriləcəkdir.

  Aşağıdakı imkanları təmin edirik:

  • Qapıdan-qapıya xidməti çərçivəsində birbaşa yükləmə və boşaltma yerinə nəqliyyatın təşkili;
  • Yükün müştəri üçün uyğun vaxtda və uyğun yerə çatdırılması;
  • Təcili sifarişlərin icra edilməsi zamanı optimal həllin axtarışı və seçimi;
  • Real vaxt rejimində yükün yerdəyişməsinin monitorinqi;
  • Mal müşayiəti və gömrük sənədlərinin zəruri komplektlərinin rəsmiləşdirilməsi;
  • Yüklərin sərfəli şərtlərlə sığortalanması.

  Avtomobil yük daşımalarını həyata keçirmək üçün xüsusi avtomobillərdən istifadə olunur. Nəql üçün örtülü olan tamamilə metaldan düzəldilmiş yük maşınları, tentləşdirilmiş avtonəqliyyat, refrijeratorlar, kiçiktonnajlı təkərli nəqliyyat, hərəkət tərkibləri və digər yük avtomobilləri, müxtəlif kubaturalı yarımqoşqulardan istifadə olunur.

YÜKLƏRİN HAVA NƏQLİYYATI İLƏ DAŞINMASI

Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir.

  Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət və istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə, qıda müddət ərzində çatdırılır.

  Şirkətimiz marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir.

  Aviayükdaşımaları ilə bağlı bütün növ xidmətlər mövcuddur:

  • Yükün anbardan hava limanına operativ və təhlükəsiz şəkildə təşkil olunması, sonra isə təyinat nöqtəsinə çatdırılması;
  • Terminal ərazisində yükün emalı;
  • Yükün müntəzəm uçuşlarla göndərilməsi, həmçinin yük çarteri üçün təyyarələrin fraxt edilməsi;

  Xidmətin üstünlükləri:

  • Əlverişli qiymətlər;
  • Bütün əlaqədar sənədlərin hazırlanması;
  • Sığorta, eləcə də sertifikatların alınması;
  • Tənzimlənmiş logistika şəbəkəsinin təşkili;
  • Bütün marşrut boyu yükün təhlükəsizliyi;
  • Keyfiyyətə nəzarət və fərdi yanaşma.

 

      Aşağıdakı imkanları təmin edirik:

  • Yükün göndərəndən uçuş aeroportuna daşınması;
  • Uçuş və eniş aeroportlarında təmsilçilik xidmətləri;
  • Uyğunlaşdırılmış anbarlarda yükün saxlanılması;
  • Zəruri müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi;
  • Daşımanın bütün mərhələlərində yükün vəziyyətinə və olduğu yerə nəzarət;
  • Yükün eniş aeroportundan alıcıyadək çatdırılması;
  • Yüklərin sığortalanması.

YÜKLƏRİN HAVA NƏQLİYYATI İLƏ DAŞINMASI

Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir.

  Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət və istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə, qıda müddət ərzində çatdırılır.

  Şirkətimiz marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir.

  Aviayükdaşımaları ilə bağlı bütün növ xidmətlər mövcuddur:

  • Yükün anbardan hava limanına operativ və təhlükəsiz şəkildə təşkil olunması, sonra isə təyinat nöqtəsinə çatdırılması;
  • Terminal ərazisində yükün emalı;
  • Yükün müntəzəm uçuşlarla göndərilməsi, həmçinin yük çarteri üçün təyyarələrin fraxt edilməsi;

  Xidmətin üstünlükləri:

  • Əlverişli qiymətlər;
  • Bütün əlaqədar sənədlərin hazırlanması;
  • Sığorta, eləcə də sertifikatların alınması;
  • Tənzimlənmiş logistika şəbəkəsinin təşkili;
  • Bütün marşrut boyu yükün təhlükəsizliyi;
  • Keyfiyyətə nəzarət və fərdi yanaşma.

 

      Aşağıdakı imkanları təmin edirik:

  • Yükün göndərəndən uçuş aeroportuna daşınması;
  • Uçuş və eniş aeroportlarında təmsilçilik xidmətləri;
  • Uyğunlaşdırılmış anbarlarda yükün saxlanılması;
  • Zəruri müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi;
  • Daşımanın bütün mərhələlərində yükün vəziyyətinə və olduğu yerə nəzarət;
  • Yükün eniş aeroportundan alıcıyadək çatdırılması;
  • Yüklərin sığortalanması.

YÜKLƏRİN DƏMİRYOLU İLƏ DAŞINMASI

İrihəcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir. Şirkətimiz dəmiryolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmiryol nəqliyyatının universal imkanları ilə izah olunur. Müasir dəmiryolu nəqliyyatının texniki təchizatı demək olar istənilən yükü daşımağa imkan verir:   

  Dəmiryolu ilə yükdaşımaların üstünlükləri:

  • Yükün nəqlinin aşağı xidməthaqqı;
  • Qısa çatdırılma müddəti;
  • Yüklərin daha böyük həcmlərdə daşınma imkanı;
  • Təsdiqlənmiş təhlükəsizlik.

Aşağıdakı proseslərə nəzarət edərək yükünüzün çatdırılma ünvanına vaxtında gətirilməsinə zəmanət veririk:

  • Yükləmə;
  • Təyinat məntəqəsinə çatdırılma;
  • Tranzit məntəqələrdə malların təhlükəsizliyi;
  • Qablaşdırılma və markalanma;
  • Malların boşaldılması və anbarlanması.

Daşıdığımız yüklərin növləri:

  • Üstüörtülü vaqonlarda və konteynerlərdə daşınan əl və ya mexaniki yükləməni tələb edən ədədhesabı qablaşdırmada mal;
  • Üstüaçıq vaqonlarda, yaxud paltformalar və transportyorlarda daşınan kranla yükləməni tələb edən ağırçəkili və əndazəsiz (qabaritsiz) yük;
  • Açıq vaqonlarda, yaxud xüsusi təyinatlı dəmiryol nəqliyyat vasitəsi ilə daşınan tökmə və qabsız yük.

  Dəmiryolu yük daşımalarını həyata keçirmək üçün bütün mümkün modifikasiyalı xüsusi qatarlar və dəmiryolu konteynerlərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olaraq uyğunlaşdırılmış nəqliyyat seçməkdə kömək edirlər.

YÜKLƏRİN DƏNİZ NƏQLİYYATI İLƏ DAŞINMASI

 Dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edirik. Dəniz yük daşımaları seqmenti sabit yüksək tələbatla seçilir. Bu seqmentdə tələbatlılıq və yüksək yük dövriyyəsi dəniz və çay nəqliyyatının imkanları və nisbətən sadə daşıma prosesi ilə izah edilir.

   Dəniz yolu ilə yükdaşımaların üstünlükləri:

  • Universallıq – müxtəlif növ yüklərin (neftdən tutmuş sənaye mallarına kimi) daşınmasına imkan verir;
  • Uzaq məsafələrə yükün çatdırılması zamanı dəniz gəmilərindən istifadə daşıma xərclərini optimallaşdırmağa və pul vəsaitlərinə qənaət etməyə imkan verir;
  • Konteyner daşımaları əlavə təhlükəsizlik zəmanətləri verir və kiçik ədədhesabı mallara xidmət göstərilməsini sadələşdirir;
  • Tezsınan malların təhlüləsiz daşınmasına şərait yaradır.

 

  Mütəxəssislərimiz bu daşımalar üçün lazımı şərait yaradıb, hər bir daxil olan istek və sifarişə individual olaraq yanaşırlar.
  Əməkdaşlığın rahatlığı üçün, müxtəlif ödəniş formaları nəzərdə tutulmuşdur.

 

  Müxtəlif növ konteynerlərdən istifadə etməklə çeşidli yüklərin çatdırılmasını təmin edirik:

  • Müxtəlif həcmli standart konteynerlər;
  • Qabaritsiz yüklərin daşınması üçün xüsusi konteynerlər;
  • Maye yüklər üçün tank-konteynerlər;
  • Tökmə (aşırma) və qabsız yüklər üçün konteynerlər;
  • Temperatur rejiminə riayət edilməsini tələb edən yüklər üçün soyuducu konteynerlər;
  • Avtomobillərin daşınması üçün konteynerlər;
  • Kiçik partiyalı yüklər üçün konteynerlər.

  Aşağıdakı xidmətləri təklif edirik:

  • Yüklərin limandan qapıyadək, stansiyadan qapıyadək və qapıdan qapıyadək çatdırılması;
  • Daşımanın hər mərhələsində bütün iştirakçıların işinin koordinasiyası;
  • Konteynerin hərəkətinə nəzarət;
  • Mal əmtəə müşayiət sənədlərin rəsmiləşdirilməsi;
  • Malın işlənməsi və yüklənməsi ilə bağlı bütün xidmət spektri;
  • Fraxtlaşdırma və agentlik servisi;

  Beynəlxalq dəniz yük daşımalarının həyata keçirilməsi üçün uyğunlaşdırılmış yük dəniz və çay gəmilərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olaraq, uyğunlaşdırılmış su nəqliyyatını seçməkdə kömək edirlər.

MULTİMODAL DAŞIMALAR

Multimodal xidmətlər özündə iki və daha çox nəqliyyat növündən istifadəni ehtiva edir. Məhsulun daşınma zamanı daha doğru yol tapmaq üçün müxtəlif növ daşımaları səmərəli şəkildə birləşdirmək mümkündür: avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər. Multimodal daşımaların təşkilində əsas məqsəd vaxt, maliyyə xərcləri baxımından yükün təhlükəsiz çatdırılması prosesini maksimum optimallaşdırmaqdır.

 

  Aşağıdakı imkanları təmin edirik:

  • Hər bir müştəri üçün fərdi şəkildə hazırlanmış, multimodal daşınmanı əks etdirən sxem;
  • Yükdaşıma prosesində, istənilən növ nəqliyyat cəlb edərək, eyni zamanda istifadə edilməsi;
  • Məhsulu “qapıdan-qapıya” çatdırmaq;
  • Məhsulun gömrük rəsmiləşdirilməsi;
  • Yüklərin sığortası;
  • Anbarlanma xidmətləri;
  • Nəqliyyat prosesinin bütün iştirakçılarının hərəkətlərinin koordinasiyası;
  • Daşımanın marşrutuna və çatdırılma müddətinə nəzarət;
  • Yükvurma və yükboşaltma işlərinin idarə edilməsi.

 

 

 

  Daşıdığımız yüklərin növləri:

  • Ağırçəkili;
  • Yüngülçəkili və həcmli;
  • Tökmə (aşırma), qabsız və tara-ədədi
  • Böyük məsafələr üçün kiçikhəcmli yüklər;
  • İriqabaritli;

 

  Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olmayaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçməkdə və bir neçə nəqliyyat növünün ən yaxşı cəhətlərini səmərəli birləşdirməkdə kömək edir.

QABARİTSİZ YÜKLƏRİN DAŞINMASI

  Yükdaşıma texnikasının standart ölçülərini (2,45 – eni, 13,6 – uzunluğu, 3,1 m – hündürlüyü) aşan  və çəkisi 24 tondan artıq olan yüklər qabaritsiz yüklər sayılır. Qabaritsiz yüklərin daşınması xüsusi texnika və  bütün marşrut üzrə bu tip yükün daşınması üçün razılıq alınmasını tələb edir. Belə daşımalar zamanı marşrut, bir qayda olaraq, körpü və keçidlərin ölçüləri, tranzit ölkələrin qanunları nəzərə alınaraq seçilir.

  Bəzi ölkələrdə daşınan yükün qabaritindən asılı olaraq təkcə yol mühafizə xidmətləri ilə razılıq yox, həmçinin yükü daşıyan  nəqliyyat vasitəsinin müxtəlif dövlət orqanları (polis, yol xidmətləri və s.) tərəfindən müşayiəti tələb olunur.  Qabaritsiz yüklərin avtomobil nəqliyyatı ilə daşınması üçün xüsusi alçaq ramalı qoşqular – platformalardan istifadə olunur, həmçinin bir və ya bir neçə nəqliyyat növü (məsələn, avtomobil  və dəniz nəqliyyatı, avtomobil və dəmir yolu) vasitəsilə daşınan və multimodal daşımalar adlanan dəmiryolu və dəniz daşımaları ilə həyata keçirilir.

  Ölkədaxilində və ya dünya üzrə qabaritsiz yüklərin dəmiryolu vasitəsilə daşınmasını, istənilən miqyaslı və ölçülü yüklərin yük avtomobili ilə daşınmasını həyata keçirirk.

  Qabaritsiz yükdaşımaları həyata keçirilməsində tələb olunan sənədlərin hazırlanması, razılaşdırılması, icazələrin alınması, eləcə də marşrutun işlənib hazırlanması və s. kimi məsələlərlə qarşılaşdıqda mütəxəssislərimiz prosesi sadələşdirərək operativ yardım göstərməyə hazırdır.

  Avtomobil yolu ilə qabaritsiz yüklərin daşınması aşağıdakı hallarda seçilir:

  • Çatdırılmanın operativliyi və tranzit müddətinin azaldılması məqsədilə;
  • İlkin demontaja gərək olmadan, istənilən qabaritsiz məhsulu gətirilməsi.

  Dəmiryolu ilə qabaritsiz yüklərin daşınması və onun üstünlukləri:

  • Qeyri-standart ölçülü malların böyük həcmlərdə daşınma imkanı;
  • Qeyri-standart ağırlığa malik olan yüklərin uzaq məsafələrə və çətin keçilə bilən məntəqələrə operativ çatdırılması;
  • Digər nəqliyyat vasitələri üçün çətin olan marşrut və ərazirələrə rahat çatdırılma imkanı.

  Şirkətimiz yük daşıma üzrə bütün əməliyyatları beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq qablaşdırma və tara ilə həyata keçirir. Bizim mütəxəssislər bütün formal maneələri dəf etməkdə sizə kömək edəcəklər.

KONTEYNER DAŞIMALARI

Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa çalışdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma yükün operativ və sərfəli çatdırılmasına imkan verir. Konteynerlər standart ölçülərinə malik olduğuna görə, onları müxtəlif növ nəqliyyat vasitələrinə (avtomobillər, dəmiryolu platformaları, gəmilər) quraşdırılması mümkündür. Şəhər və şəhərlərarası yollarla yükdaşımanı həyata keçirən avtomobil konteynerdaşıyıcısı aşağıramalı qoşqudur. Bu qoşquya müəyyən sayda standart konteynerlər yerləşdirilir ki, bu da yükün çatdırılmasını rahat və səmərəli edir.

  Biz beynəlxalq daşımaların həyata keçirilməsi üçün bütün öhdəlikləri öz üzərimizə götürürük:

  • yükləmə üçün konteynerin verilməsi;
  • limanlarda bütün liman və gömrük prosedurlarının təşkili, gömrük sənədləri və yükü müşayiət edən sənədlərin rəsmiləşdirilməsi;
  • dəniz daşımasının təşkili;
  • yüklərin boşaldılması üçün konteynerin verilməsi və daşınması;
  • boş konteynerin limana qaytarılması.

  Dünyanın istənilən nöqtəsindən Azərbaycana və əks istiqamətdə konteyner daşımaları üzrə xidmətlər təqdim edirik. Sizin üçün xüsusi ayrılmış təcrübəli mütəxəssisimiz konteynerin seçimi, yol marşrutunun tutulması və sənədlərin düzgün tərtib olunmasında yardımçı olacaq.

  Xidmətin üstünlükləri:

  • Konteyner vasitəsilə malların multimodal daşımalar üçün uyğun olması;
  • Konteynerin bir nəqliyyat vasitəsindən digərinə keçirilməsi zamanı yük yoxlanılmır;
  • Konteyner daşımalarda yüklərin həm də qrupaj olaraq göndərilməsi mümkündür;
  • Tələblərə uyğun olaraq konteyner ölçülərini seçmə imkanı.

KONTEYNER DAŞIMALARI

Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa çalışdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma yükün operativ və sərfəli çatdırılmasına imkan verir. Konteynerlər standart ölçülərinə malik olduğuna görə, onları müxtəlif növ nəqliyyat vasitələrinə (avtomobillər, dəmiryolu platformaları, gəmilər) quraşdırılması mümkündür. Şəhər və şəhərlərarası yollarla yükdaşımanı həyata keçirən avtomobil konteynerdaşıyıcısı aşağıramalı qoşqudur. Bu qoşquya müəyyən sayda standart konteynerlər yerləşdirilir ki, bu da yükün çatdırılmasını rahat və səmərəli edir.

  Biz beynəlxalq daşımaların həyata keçirilməsi üçün bütün öhdəlikləri öz üzərimizə götürürük:

  • yükləmə üçün konteynerin verilməsi;
  • limanlarda bütün liman və gömrük prosedurlarının təşkili, gömrük sənədləri və yükü müşayiət edən sənədlərin rəsmiləşdirilməsi;
  • dəniz daşımasının təşkili;
  • yüklərin boşaldılması üçün konteynerin verilməsi və daşınması;
  • boş konteynerin limana qaytarılması.

  Dünyanın istənilən nöqtəsindən Azərbaycana və əks istiqamətdə konteyner daşımaları üzrə xidmətlər təqdim edirik. Sizin üçün xüsusi ayrılmış təcrübəli mütəxəssisimiz konteynerin seçimi, yol marşrutunun tutulması və sənədlərin düzgün tərtib olunmasında yardımçı olacaq.

  Xidmətin üstünlükləri:

  • Konteyner vasitəsilə malların multimodal daşımalar üçün uyğun olması;
  • Konteynerin bir nəqliyyat vasitəsindən digərinə keçirilməsi zamanı yük yoxlanılmır;
  • Konteyner daşımalarda yüklərin həm də qrupaj olaraq göndərilməsi mümkündür;
  • Tələblərə uyğun olaraq konteyner ölçülərini seçmə imkanı.

QRUPAJ YÜKLƏRİN DAŞINMASI

Yüklərinizin qrupaj formasında anbarlara toplanaraq müvafiq nəqliyyat vasitələri ilə təyinat məntəqəsinə çatdırırılması da sizə göstərdiyimiz xidmətlərdən biridir.

  Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür. Müxtəlif alıcılara məxsus olan kiçik partiyalardan ibarət yüklər bir nəqliyyat vasitə ilə daşınılır. Bu cür çatdırılma üsulu nəqliyyat vasitəsində boş yerin səmərəli istifadəsi hesabına daşımanın qiymətini azaltmağa, daşınan malların təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır. Belə ki, nəqliyyat vasitəsini bütövlükdə fraxt etməyə ehtiyac olmur. Qrupaj yüklərin daşınmasının müxtəlif mərhələlərində çatdırılmanın marşurutundan asılı olaraq cürbəcür nəqliyyat vasitələrinin xidmətlərindən istifadə mümkündür.

  Mütəxəssislərimiz yükün səciyyəvi xüsusiyyətlərindən və müştərinin tələbatlarından asılı olaraq uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız hava, avtomobil, dəniz və dəmir yol nəqliyyatından istifadə etməklə daşınmanın kombinə edilmiş sxemlərini tərtib edirlər.

  Qrupaj anlayışına istənilən həcmdə yük daxildir. Həmin yükün çatdırılma şərtləri onun digər sifarişçilərin yükləri ilə konsolidasiyasını ehtimal edilməsini və sonradan son alıcılaradək yığma partiyalar tərkibində birgə çatdırılmasını nəzərdə tutur.

  Qrupaj çatdırılmaya yüklərin bütün növləri qəbul edilir, həmçinin:

  • Qida məhsulları;
  • Kimyəvi preparatlar;
  • Əczaçılıq preparatları;
  • Avadanlıq və onun ehtiyat hissələri;
  • Ev üçün mallar;
  • Məişət texnikası və elektronika malları;
  • Baha qiymətli və təhlükəli yüklər;
  • Texnika və avtomobillərin ehtiyat hissələri;
  • Ayaqqabı və geyim.

  Bununla belə, bəzi kateqoriyalı yüklərin yığma şəklində daşınmasına yol verilmir. Bu kateqoriyalara ADR 1-ci sinifə aid xüsusi təhlükəli maddələr və 6-cı bəzi yarımsiniflər, tezkorlanan məhsullar, əndazəsiz yüklər daxildir. Təhlükəli yığma yüklərin daşınması, məsələn, digər göndəricilərin malların salamatlığını təhlükə altına qoyur.

  Yüklər dünyanın istənilən nöqtəsindən müəyyən marşrut və istənilən nəqliyyat növü vasitəsilə konsolidasiya olan anbarlarımıza çatdırıldıqdan sonra Azərbaycana doğru göndərilir. Yük müştəri və ya şirkətimiz tərəfindən anbara çatdırıla bilər. Ehtiyac yarandıqda qablaşdırma və yenidən qablaşdırma xidmətləri göstərilir.

  Şirkətimiz razılaşdırılmış tarixdə yüklərin çatdırılmasına zəmanət verir, qrupaj yüklərin daşınması üçün ən əlverişli şərait yaradır.

  Qrupaj yüklərin daşınması zamanı əlavə xidmətlər:

  • Sığorta məsuliyyəti;
  • Gömrük rəsmiləşdirilməsi;
  • İcazə sənədlərinin hazırlanması;
  • Müşayiət etmə;
  • Qismən çatdırılma;
  • Yüklərin anbarda emalı.

  Yükün daşınma müddəti ərzində bizim təcrübəli personal daim yükün hərəkətinə nəzarət edir və hər an müştəriyə yükün statusu və onun yerləşdiyi yer haqqında məlumat verir.